Əsas məzmuna keç

Haqqımızda

Biz Kimik?

İZ Şirkətlər Qrupu - Azərbaycanın iqtisadi mənzərəsinin formalaşmasında aktiv rol alan, strateji sahələri vahid ekosistemdə birləşdirən yeni nəsil şirkətlər qrupudur. Biz, yüksək peşəkarlığı innovativ idarəetmə modeli ilə bir araya gətirərək, Azərbaycanın müasir biznes mühiti üçün real və dayanıqlı dəyər yaradırıq.

İZ Şirkətlər Qrupu; transmilli korporasiyalar, qlobal investorlar və investisiya fondları ilə yanaşı, dövlət strukturları, beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklər üçün ölkənin ən etibarlı Ekspert Mərkəzlərindən (Center of Excellence) biri rolunu oynayır. İnvestisiya, maliyyə və hüquq sahəsindəki dərin təcrübəmizdən güc alaraq; dövlət və özəl sektor arasında həm sarsılmaz bir dialoq körpüsü, həm də səmərəli əməkdaşlıq platforması formalaşdırırıq.

Fəaliyyət Sahələrimiz

Strateji istiqamətlər üzrə təqdim etdiyimiz kompleks həllər geniş spektri əhatə edir:

  • Beynəlxalq Ticarət və Təchizat Zənciri
  • İnformasiya Texnologiyaları (İT)
  • İnvestisiya və Maliyyə Menecmenti
  • Hüquq və Komplayens
  • Maliyyə, Audit və Gömrük Brokerliyi:
  • Sənaye, Turizm və Səhiyyə
  • Enerji və Müdafiə Sənayesi
  • İnsan Resursları, Təlim və Strateji İdarəetmə

İnkişaf Strategiyamız

Azərbaycanın iqtisadi potensialını davamlı və ölçülə bilən dəyərə çevirmək, həmçinin yerli biznes mühitini qlobal bazarlara inteqrasiya etmək 2013-cü ildən bəri inkişaf yolumuzun ana xəttini təşkil edir. Ötən illər ərzində həyata keçirdiyimiz hər bir layihə, korporativ fəlsəfəmizlə strateji hədəflərimizin konseptual çərçivəsini formalaşdırmışdır. Biz tam əminik ki, hər bir böyük uğur güclü komanda, innovativ zəka və məqsədyönlü fəaliyyətin vəhdətidir. İZ Qrupun təməlində sarsılmaz korporativ etika, intellektual kapitalın gücü və dəyişən dünyaya çevik adaptasiya dayanır. İnanırıq ki, peşəkarlıq və dürüstlük prinsipləri əsasında reallaşdırdığımız hər bir layihə, gələcəyin unudulmaz uğur hekayəsidir.

Bizim üçün ən ciddi nailiyyət rəqəmsal göstəricilər və maddi qazanclar deyil, tərəfdaşlarımızın bizə duyduğu sarsılmaz etimaddır. Biz sadəcə biznes platformaları inşa etmir, hər uğurlu layihə ilə gələcəyin iqtisadi mənzərəsində dərin və silinməz bir İZ qoyuruq.