Əsas məzmuna keç

Cəmşid Sərdarlı

Təsisçi və Baş İcraçı Direktor (CEO)

Cəmşid Sərdarlı

Cəmşid Sərdarlı

Təsisçi və Baş İcraçı Direktor (CEO)

Bioqrafiya

İZ Şirkətlər Qrupu"nun qurucusu və strateji
vizyonunun memarı olan Cəmşid Sərdarlı, beynəlxalq
biznes hüququ və korporativ idarəetmə sahəsində 18 ildən
artıq zəngin təcrübəyə malikdir. Peşəkar fəaliyyətinin
böyük bir hissəsini Körfəz ölkələrinin diplomatik
nümayəndəlikləri və nüfuzlu investisiya qrupları ilə
strateji əməkdaşlığa həsr edən C. Sərdarlı, regionun
işgüzar mühitində etibarlı ekspert kimi tanınır.

Uzun illər Körfəz ölkələrinin səfirlikləri üçün rəsmi
hüquqi təmsilçi və strateji məsləhətçi kimi çıxış edərək,
dövlət və özəl sektor layihələrində möhkəm etimad körpüsü
qurmağa nail olmuşdur. Hüquqi karyerasına Birləşmiş
Krallıqda başlayan C. Sərdarlı, sonradan fəaliyyətini
Azərbaycanda davam etdirərək, korporativ hüquqdan vergi
və investisiyaya, enerjidən daşınmaz əmlaka qədər geniş
bir spektrdə dərin təcrübə qazanmışdır. O, həm yerli,
həm də beynəlxalq miqyaslı layihələrdə peşəkar komandalara
rəhbərlik etmiş, ən mürəkkəb kommersiya müqavilələrinin
və iri investisiya layihələrinin uğurlu icrasını təmin
etmişdir.

Bu gün Cəmşid Sərdarlının liderliyi ilə "İZ Şirkətlər
Qrupu" – hüquq, ticarət, maliyyə, turizm və səhiyyə kimi
strateji sahələri birləşdirən "yeni nəsil" biznes modeli
olaraq inkişaf edir. Qrup, müasir qlobal çağırışlara
innovativ həllərlə cavab verən, dəyişən dünyaya çevik
uyğunlaşan və hər addımında dayanıqlı dəyər yaradan bir
ekosistemə çevrilməkdədir.